Xankəndidə xeyli silah-sursat aşkarlandı 

12:51 16.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndi şəhərində xeyli siklah-sursat aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.